Dünən Moskva metrosunda 22 nəfərin öldüyü, 217 nəfərin yaralandığı qəza ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib:

"Hörmətli Vladimir Vladimiroviç, Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.