Türkiyə Mərkəzi Bank faiz qərarını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, faiz dərəcəsi dəyişməyəərk 50 faiz səviyyəsində saxlanılıb.

Bildirilib ki, bundan sonra da inflyasiya ilə bağlı göstəricilər və onun əsas tendensiyası ciddi şəkildə izləniləcək və İdarə Heyəti qiymət sabitliyinin əsas məqsədinə uyğun olaraq sərəncamında olan bütün vasitələrdən qətiyyətlə istifadə edəcək: "Mərkəzi bank öz qərarlarını proqnozlaşdırıla bilən, məlumatlara əsaslanan və şəffaf çərçivədə qəbul edir".

Lamiyə Əhmədli

MİA.AZ