Azərbaycanda bir müddət əvvəl “Elektron ticarət haqqında” qanun qəbul edilib. Burada istehlakçının hüquqları qanunda əks etdirilir. İstehlakçının elektron ticarətdə klassik ticarət kimi malı 14 gün müddətində dəyişmək və qaytarmaq hüququ var. Lakin getdikcə elektron ticarət bazarı zəbt etdikcə istehlakçı hüquqlarını pozmağı da paralel yerinə yetirirlər. Bu problem təkcə “Trendyol”da deyil, digər onlayn ticarət platformalarında da özünə yer tapır. “Umico”dan, yerli onlayn ticarətdən də şikayətlər var. Hətta ötən gün dünyanın məşhur “Amazon” şirkətindən də bir nəfər şikayət edib. Vətəndaş “Amazon”dan məhsul sifariş verib, lakin onun ölçüsünə qətiyyən uyğun olmayan mallar göndərilib. Dəyişmək istəyir, çıxılmaz vəziyyətdə qalıb”.
Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
“Çox təəssüf ki, bu poblem var. Bütün bunların səbəbi ölkədə istehlakçı siyasətinin zəif olmasıdır. Problemlər istehlakçı hüquqlarını qoruyan dövlət orqanının fəaliyyətsizliyindən doğur. Təsadüfi deyil ki, bundan narahat olan cənab Prezident 25 gün öncə istehlakçı hüquqlarını qoruyan dövlət orqanını İqtisadiyyat Nazirliyinin tərkibindən çıxardı, Prezident Administrasiyasına tabe olan bir agentliyə çevirdi. Bəlkə, bundan sonra o qurum normal işləyər, çünki bu sahədə problemlər yaşanır. Bütün hallarda istehlakçılar 195 telefon xətti ilə dövlət orqanına müraciət etsinlər”, - o bildirib.
Qeyd edək ki, Bakıda vətəndaş Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol" vasitəsilə notbuk sifariş verib. Məhsulun əvəzinə milçək dərmanı göndərilib. Həm karqo şirkətinə, həm də "Trendyol"a dəfələrlə müraciət olunub, lakin təzminat ödənil