İran XİN başçısı Abbas Arakçi bu gün BMT-nin baş katibi və fransalı həmkarı ilə müzakirələr aparıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi telefonda BMT-nin baş katibi Antonio Quterreş və fransalı həmkarı Jan-Noel Barro ilə regional məsələləri müzakirə edib.
Nazir BMT Baş katibindən İsrailin hücumlarını daandırmaq üçün səyləri artırmağı istəyib: "İsrailin Qəzza və Livandakı hücumları qətldir, soyqırımdır. Bu, dayandırılmalıdır, bölgəyə humanitar yardım axışı təmin erdilməlidir. Bunun üçün BMT bütün vasitələrdən istifadə etməlidir".
XİN başçısı əılavə edib ki, İsrailin hücum planını genişləndirmək planı var: "Bu, bölgədə daha geniş və qarşısıalınmaz savaşa gətirib çıxaracaq...".
Müharibənin bitməsi üçün siyasi həll yolları tapmağa çalışdıqlarını qeyd edən Quterreş bölgədəki vəziyyətdən çox narahat olduğunu bildirib.
İran Xİn başçısı fransalı həmkarı Barrotla da telefon danışığında bölgədəki son vəziyyəti müzakirə edib. Arakçi Fransa XİN başçısından da Qəzza və Livana hücumu dayandırmaq üçün mümkün vasitələrdən yararlanmağı istəyib. Arakçi İsraili bölgədəki savaşı genişləndirmək məqsədi güddüyü haqda da həmkarını məlumatlandırıb.
Tahir Şəlvəli
MİA.AZ