Ankarada yaşayan CHP-nin keçmiş lideri Kamal Kılçdaroğlunun Prezident Ərdoğanın keçmiş vəkili Mustafa Doğan İnalın şikayəti üzrə İstanbul məhkəməsinə zorla gətirilməsi haqqında çıxarılan qərar Türkiyə siyasətini "qaynadıb"
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul 48-ci Asliye Cəza Məhkəməsinin bu qərarına Kılıçdaroğlunun vəkilləri etiraz eləsə də, məhkəmə qərarı dəyişməyib.
Bundan sonra isə CHP düşərgəsi və müxlif partiyalardan ard-arda sərt bəyanatlar yayılmağa başlayıb.
Bununla yanaşı, qərar Türkiyə parlamentinin iclasında da müzakirəyə çıxarılıb.
CHP-nin parlamentdəki fraksiyasının sədr müavini Ali Mahir Başkar çıxış edərək, Ankarada yaşayan Kılıçdaroğlunun haqqındakı şikayətə İstanbulda baxılması nə qədər səhvdirsə, onun zorla İstanbula gətirilmə qərarı bir o qədər bərbaddır: "Bu Türkiyə adına utancdır. 128 millət vəkili, 81 şəhər təşkilatının sədri, milyonlarla insan buradadır. Bacara bilirsinizsə, gəlin alın (Kılıçdaroğlunu nəzərdə tutur - Mia.az).
Məsələyə CHP sədri Özgür Özəl də qəzəbli reaksiya verib:
"Keçmiş sədrimiz cənab Kamal Kılıçdaroğlunun zorla gətirilməsi qərarı təkcə qanuni deyil, həm də siyasiləşmiş məhkəmə sistemini qorxutmaq cəhdidir. Partiyamız bunlara qarşı dik durub".
Qərara İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da etiraz edib:
"...zorla gətirmə qərarlarını onlarla cinayəti olan, ancaq ortalıqda sərbəst dolaşanlara şamil edin. Sədrimiz, hörmətli Kamal Kılıçdaroğlu haqda məhkəməyə zorla gətirlmə qərarı hüquqi deyil, siyasidir. Sona qədər Kamal bəyin yanındayıq”.
Xatırladaq ki, bu gün (dünən-mia.az) keçirilən məhkəmə iclasında Prezident Ərdoğanın keçmiş vəkili Mustafa Doğan İnal Kamal Kılıçdaroğlunun vaxtilə onu təhqir etməsini iddia edərək, ona qarşı iclasa zorla gətirilmə tələbi qaldırıb.
Kılıçdaroğlunun vəkillər bu tələbə etiraz eləsə də, məhkəmə Mustafa Doğan İnalın vəsatətini təmin edib.
Kılıçdaroğlunun vəkili Uğur Çelik bu qərarı qəbuledilməz sayıb: "Müvəkkilimizin iqamətgahı Ankaradadır, iş bu səbəbdən Ankrada icraata verilməlidir.
Qeyd edək ki, Kılçdaroğlu çıxışlarında Mustafa Doğan İnalı "Saray vəkili" adlandırıb.
Samir Musayev
MİA.AZ