Mərakeşin şimalında güclü zəlzələ baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mərakeş Milli Geofizika İnstitutu açıqlama yayıb.
Qeyd edilib ki, bu gün səhər saatlarında baş verən 4,5 bal gücündə zəlzələnin episentri ölkənin şimalında yerləşən İfran əyalətinin Sidi əl-Mahfi qəsəbəsinə təsadüf edib.
Yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin can və mal itkisinə səbəb olmadığını bildirilib.
Firudin Səfərli
MİA.AZ