Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK-nı yuvasında vurur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi bu gün yeni açıqlama yayıb.

Bildirilib ki, İraqın şimalına həyata keçirilən hava əməliyyatları nəticəsində daha 14 PKK terrorçusu məhv edilib: "9-11 oktyabr 2024-cü il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində ilkin məlumatlara görə Qara bölgəsində 9, Hakurk bölgəsində 5 olmaqla cəmi 14 PKK terrorçusu zərərsizləşdirilib. Biz qətiyyətliyik və terroru mənbəyində aradan qaldırmağa qadirik”.

Lamiyə

MİA.AZ