Keçmiş CHP sədri Kamal Kılıçdaroğlu yenidən prezidentliyə namizəd olmaq niyyətində deyil.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, canlı yayımda "Yenidən prezidentliyə namizəd olacaqsınızmı?" sualına cavabda deyib.

Sabiq sədr və ötən seçkilərdə prezidnetliyə namizəd olan Kılıçdaroğlu sualı belə cavablandırıb: "Prezidentliyə namizədmi? Xeyr, bir dəfə olmuşam. Partiyamızın səlahiyyətli orqanları var, yeni namizədlər ortaya çıxacaq".
 
Lamiyə
MİA.AZ