Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə YAP-çı deputat Elman Nəsirov arasında sərt polemika yaşanıb.

Mia.az-ın məlumatına görə, “AzPolitika” xəbər verir ki, “Youtube” platforması üzərindən yayımlanan “Reaksiya” internet kanalında üz-üzə gələn siyasətçilər, bir-birlərinin ünvanına ağır ifadələr səsləndiriblər.

Qeyd edək ki, gərginliyə Elman Nəsirovun ABŞ haqqında işlətdiyi ifadələr səbəb olub. Deputatın “ABŞ Azərbaycanı özünə tərəfdaş seçib” cümləsinə Cəlaloğlu belə münasibət bildirib:

“Ayıbdı axı... Azərbaycan Nyu-Yorkdakı iki küçə boydadır. Bayaqdan burada rəqəmlər sayırsan, dövlət büdcəsi bu qədər, hərbi büdcə bu qədər... Amerikanın 1 ştatnının büdcəsi Azərbaycanın büdcəsindən yüz dəfə çoxdur. Sən nə danışırsan?!

- Sərdar Bəy sizin ixtisasınız nədir?

- Ə, nəyə görə ixtisas soruşursan?

- Sərdar bəy soruşuram...

- Mən siyasətçiyəm!...

- Ümumiyyətlə bazanız nədir?

- Bazam yoxdur!...

- Elmi dərəcəniz, elmi adınız nədir?

- Səni kimi elmlər doktoru olmaqdansa, çoban olmaq ondan yaxşıdır!

- Ay hörmətli tamaşaçılar, mən görürsüz ADP sədrinə necə hörmətlə yanaşıram... Mən BDU-da Amerika, Avropa ölkələri üzrə ixtisas almışam, namizədlik dissertasiyam, doktorluq işim ABŞ ilə bağlıdır...

- Harada almısan doktorluğu?

- Azərbaycanda!

- Ali Attestatsiya Komisiyasının verdiyi diplomların çoxu saxtadır, bir də səninki...

Mübahisənin davamını aşağıdakı linkdən izləyə bilərsiniz.