"Məndən yaratmağa başladığım Xalq Hərəkatı barədə soruşurlar. Məlum oldu ki, bu gün bir sıra saytlarda"Pənah Hüseyn yeni xalq hərəkatı yaradır (AÇIQLAMA)... " başlıqlı yazılar gedib. Mətndə başlıqda ifadə olunan informasiyanın (o cümlədən xalq hərəkatı ifadəsinin) olmadığına diqqət yetirmək lazımdır".

Mia.az xəbər verir ki, bu sözləri sabiq Baş nazir Pənah Hüseyn sosial media səhifəsində yazıb.

O daha sonra qeyd edib ki, onun tərəfindən irəli sürülən təklifin məzmunu sədri olduğu AXP İdarə Heyətinin 01.10.2024- cü il tarixli iclasının qərarında açıqlanıb: "O qərarda deyilir ki, AXP dərinləşən demokratik böhrandan çıxmaq məqsədilə ümummilli demokratik müqavimətin təşkil olunması üçün AXP sədri tərəfindən irəli sürülmüş üçlü təşkilatlanma (səfərbərlik) modelinin -(ideloji platforması yaxın olan siyasi partiyaların bir siyasi partiya şəklində təmərküzləşməsi, müxalifətdə olan siyasi partiyaların assosativ birlik şəklində fəaliyyəti və partiya mənsubəyyətindən, ümumiyyətlə partiyalı olub olmamağından asılı olmayaq bütün milli, vətənpərvər, demokratik düşüncəli fərdləri birləşdirən geniş tərkibli siyasi hərəkatın yaradılması) - ictimai müzakirəyə çıxarılmasını faydalı hesab edir."

Samir

MİA.AZ