ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bir daha "demokrat" rəqibi Kamala Harrislə canlı yayımda debata çıxmaq niyyətində deyil.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, "Fox News"un canlı yayımda debat təklifinəa münasibətrdə danışıb.
Tramp keçirilən sosialoji sorğularda öndə olduğunu və bu səbəbdən Harrislə yenidən debata ehtiyac olmadığını bildirib: "Bu təklifi rədd edirəm. Əvvəla, müzakirə olunacaq yeni bir məsələ qalmayıb. İkincisi, son iki debatda qalib gəldim. Həm də anketlərdə öndə gedirəm və bu, fərq getdikcə genişlənir. Seçkinin taleyini həlll edəcək və rəyi dəyişkən olan ştatlarda da öndəyəm. Ona görə revanş olmayacaq. Artıq gecdir, səsvermə başlayıb. (ABŞ vitse-prezidenti) Kəmalə açıq şəkildə bəyan edib ki, Baydendən fərqli heç nə etməyəcək. Deməli, heç nə yoxdur müzakirə üçün".
Xatırladaq ki, "Fox News" ayın sonunda Tramp və Harris arasında canlı debat proqramına hazır olduğunu elan edib.
Lamiyə Əhmədli
MİA.AZ