"Hizbullah" lideri Nəsrullahdan sonra İsrail ordusu HƏMAS-ın Livan üzrə lideri Fəth Şərif Əbu Əl Amini vəı daha iki məsul şəxsi də öldürüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı HƏMAS təsdiqləyib.
Bildirilibv ki, HƏMAS-ın Livandakı lideri Fəth Şərif Əbu Əl Amini, həyat yoldaşı, oğlu və qızı ilə birlikdə İsrailin bölgəyə hava zərbəsi zamanı ölüblər: "Onlarla yanaşı, HƏMAS Siyasi Bürosunun üzvü və Hərbi Təhlükəsizlik İdarəsinin rəsmisi Məhəmməd Əbdüləl (Ebu Qazi), HƏMAS Qərargah Komitəsinin üzvü, Livandakı hərbi komandir İmad Avdenin (Ebu Ziyad) və HƏMAS-ın məsul şəxslərindən Abdurrahman Abdulalın da həyatla vidalaşıblar."
Firudin Səfərli
MİA.AZ