İsrailin Hizbullah lideri Həsən Nəsrullahı senssion şəkildə öldürməsi dünya mətbuatında geniş əks-səda doğurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun ölümü haqqında bir-birindən maraqlı iddialar yayılıb.

İddialarda deyilir ki, Nasrullahın yerini İsrail kəşfiyyatına "satıblar".

Bu barədə ən diqqətçəkən xəbəri Fransanın “Le Parisien” qəzeti yazıb.

Qəzet Livandakı mənbələrə istinadən iddia edib ki, əslən iranlı casus Nəsrullahın Beyrutun cənubuna gəlişi ilə bağlı İsrail kəşfiyyatını məlumatlandırıb: "Həmin casus Nəsrullahın qatıldığı gizli toplantıda 12 yüksək səviyyəli Hizbullah rəsmisinin də ölümündə mühüm rol oynayıb...".

Tahir Şəlvəli

MİA.AZ