Türkiyə boğulmaq üzrə olan miqrantları xilas edib

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğlanın Dalaman mahalına yaxınAralıq dənizi sahillərində batmaq üzrə olan qayıqda olan qanunsuz miqrantların imdadına Sahil Mühfaizə Komandanlığının əməkdaşları yetişib.

Məlumata görə, miqrantların olduğu rezin qayığın mühərrikində nasazlıq yarandığından qayıq Dalaman sahillərində sürüklənib: "Sahil mühafizəsi qrupu qayıqda olan 11-i uşaq olmaqla 33 miqrantı boğulmaqdan son anda xilas edib. Onlarla yanaşı, qayıqda olan iki nəfər "miqrant qaçaqmalçısl"  da tutularaq prokurorluğa təhvil verilib".

Məlumata görə, miqrantlar deport üçün sonradan Köç İdarəsinə təhvil verlib: "İki miqrant qaçaqmalçısl isə həbs edilib".

Samir Musayev

MİA.AZ