ABŞ-ın Nyu York şəhərindəki Rockville Mərkəzinin Katolik Yeparxiyası keşişlər tərəfindən zorlanan uşaqlara böyük məbləğdə təzminat ödəyəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə rəsmi məlumat açıqlanıb.

Bildirilib ki, 4 il əvvəl ortaya çıxaan faktlarla bağlı davam edən məhkəmə prosesi ərəfəsində bir neçə sığorta şirətinin dəsətyi ilə təzminat əsələsi öz həllini tapıb: "Beləliklə, uşaqikən zorlanan 530-dan çox qurbana 323 milyon dollarlıq təzminat ödənişinə razılıq əldə edilib. Çox qısa zamanda bu ödənişlərin köçürülməsinə başlanacaq...".

Yeparxiyanın sözçüsü Erik Fasano baş verənlərə görə bir daha üzrxahlıq edib.

Samir Musayev

MİA.AZ