Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İtaliya Respublikasına rəsmi səfərə gedib.

Romanın beynəlxalq hava limanında dövlətimizin başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Məlumatda o da bildirilir ki,  İlham Əliyev elə bu gün Romadakı məşhur "Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.