ABŞ-da məhkəmə binasında terror aktı törədilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Kaliforniya ştatında Santa Maria ədliyyə binasında baş verib.

Məlumata görə, partlayış nəticəsində iki nəfər yaralanıb.

Santa Barbara rayon polisindən bildirilib ki, partlayışla bağlı bir nəfər saxlanılıb: "O, əldəqayırma bombanı binaya ataraq, hadisəni törədib..."

Şahidlərin yerli mətbuata açıqlamasına görə, partlayış bir nəfərin məhkəmə binasına sürətlə girərək əlindəki çantanı atması nəticəsində baş verib.

Samir Musayev

MİA.AZ