İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) məlumat yayıb.

FAT-dan bildirilib ki, bu gün səhərdən başlayaraq, İsrail əsgərləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində reydlər keçirib: "Bu zaman onlar heç bir əsaslı səbəb olmadan 25 fələstinli həbs edərək özləri ilə aparıblar".

Tahir Şəlvəli

MİA.AZ