Balakəndə 32 yaşlı qadın itkin düşüb. Balakən Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Balakən şəhər sakini Azər Fərman oğlu Süleymanov bacısı, 1982-ci il təvəllüdlü Xumar Fərman qızı Paraxovanın iyulun 11-də yaşadığı evdən naməlum istiqamətə getdiyi və bir daha geri qayıtmadığı barədə Balakən RPŞ-ə yazılı müraciət edib.

Balakən RPŞ-də Xumar Paraxovanın tapılması istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb, axtarış tədbirləri aparılır.

Balakən RPŞ-dən onu da bildiriblər ki, X. Paraxova ailəlidir, əsəb xəstəliyindən əziyyət çəkir.