"Türkiyə Yaxın Şərqdə gərginliyin "söndürülməsi"ndə əsas və kilid rolunu oynamaya qadirdir"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Çili Xarici işlər naziri Alberto van Klaveren BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında Yaxın Şərqdəki vəziyyətlə bağlı danışarkən deyib.

O bildirib ki, Çilidə əslən fələstinli olan xeyli insan yaşayr: "Bu və ya digər səbəblərdən İsrail-Qəzza münaqişəsini yaxından izləyirik. Yaxın Şərqdə yaşanan gərginliklər böyük narahatlıq yaradır. Hesab edirəm, Türkiyə regionda sabitliyin təmin edilməsində əsas, konstruktiv və kilid roluna sahibdir və bu rolunu oynamalıdır".

Qəzzada dərhal atəşkəs elan edilməsinə çağırış edən XİN başçısının sözlərinə görə, bölgədə həyatını itirənlər həddən artıq çoxdur: "Buna artıq son verilməlidir".

Lamiyə Əhmədli

MİA.AZ