İsrail ordusu bu gün səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı, Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi operativ məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hücum nətiucəsində 35-i uşaq, 58-i qadın olmaqla, 492 nəfər həlak olub, 1645 nəfər isə yaralanıb: "Yaralılardan bəzilərinin vəziyyəti ağırdır".

Bu arada ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir.

Livan Təhsil Nazirliyi ölkə daxilində təhsilin dayandırıldığını açıqlayıb.

 Daxili İşlər Nazirliyi ölkənin cənubunda İsrailin hücumları nəticəsində didərgin düşmüş vətəndaşların məktəblərə yerləşdirildiyini bildirib.

Tahir Şəlvəli

MİA.AZ