"Biz Yaxın Şərqdəki vəziyyətdən narahatıq".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərlə görüşündə deyib.
İsrailin Livana hücumu ilə bağlı suala cavab verən Peskovun sözlərinə görə, bölgədə vəziyyət son dərəcə təhlükəli xarakter alıb: "Təəssüf ki, hazırda Yaxın Şərqdə sülhlə bağlı danışmaq mümkünsüzdür. Bilirsiniz ki, ABŞ buradakı vəziyyəti monopoliyaya alıb, bölgəni savaş sahəsinə döndərib. Biz hesab edirik k, sülhə gedən yol daha çox bu ölkədən keçir. Bu səbəbdən durum olduqca təhlükəli formada cərəyən edir. Əlbəttə, İsrail və Livan arasında gərginliyin genişlənməsi bütöv bölgənin müharibəyə sürüklənməsinə səbəb ola bilər".
Zülfiyyə
MİA.AZ