"Hizbullah" qruplaşması Beyrutun Dahiyə bölgəsində İsrail ordusunun həyata keçirdiyi hava hücumunda öldürüldüyü açıqlanan hərbi qanadın nüfuzlu komandirlərindən Əli Karakinin sağ olduğunu elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mediası açıqlama yayıb.

"Hizbullah"dan bildirilib ki, İsrailin iddiasının əkslinə olaraq adıçəkilən komandir hava zərbəsində ölməyib: "Əli Karaki sağdır, yaşayır və  təhlükəsiz bölgədə öz vəzifəsini icra edir".

Firudin Səfərli

MİA.AZ