Cənubi Koreya ölkəsinə dayanmadan zibil dolu "nəhəng şar"lar göndərən Şimali Koreyanı hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, Şimali Koreya "zibil balonlar"ı göndərməklə və ya vətəndaşlara zərər vurmaq məqsədi ilə qırmızı xətti keçərsə, gözlənilməz sərt sərt hərbi tədbirlərlə qarşılaşacaq.

Baş Qərargah Şimali Koreyanın dünən ölkəyə yenidən 120 zibil balonu göndərməsindən sonra ordunu "ayağa qaldırdıqları"nı gzlətməyib: "Ordumuz hər varianta hazır vəziyyətə gətirilib. Şimali Koreyanın ölkəmizə dayanmadan zibil balonları göndərməsi yolverilməz və utancverici davranışdır. Bir daha təkrarlayırıq ki, vətəndaşlarımızın təhlükəsizliyinə ciddi təhdid olarsa və ya Şimal Koreya sərhədi keçməyə can atarsa, ordumuz ən sərt hərbi tədbirlər görəcək”.

Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Lee Sung Jun "qırmız xətti keçmək" hədəsinin detallarına varmayıb. O, "qırmızı xıtt"in hansı həddə müəyyən olunduunu izah etməkdən imtina edib.

Xatırladaq ki, iki ölkə arasında bir-birlərinə zibildolu şar balonları göndərmək adiləşib. 

Samir Musayev

MİA.AZ