"İsrailin davamlı hücumları səbəbindən ölkə daxilində yurd-yuvalarından didərgin düşənlərin sayı yarım milyona yaxınlaşır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Livanın xarici işlər naziri Abdullah Buhabib açıqlayıb.
Nazir bildirib ki, BMT-nin Baş Assambleyası çərçivəsində Karnegi Fondunun təşkil etdiyi tədbirdə çıxış edərək, deyib ki, İsrailin Hizbullaha qarşı bombardmanları həddi aşıb: "Ölkədə böyük bir qaçqın axını yaranıb, infrastruktiur dağılıb. Ölənlərin və yaralananların sayı qısa zamanda çoxalıb. Bütün bunlar ölkəmizin ərazi bütövlüyü və süverenliynə təcavüzdür. İsrail dayandırılnalıdır".
Xatırladaq ki, İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirir. Livan Səhiyyə Nazirliyinin məlumatına gərə, iki gün içində 50-si uşaq, 95-i qadın olmaqla 558 nəfər ölüb, 1835 nəfər isə yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ