Bu gün Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri seçilib.
Mia.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.
Bildirilib ki, partiya Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib. Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə oktyabrın 1-dən başlayacaq.
Xatırladaq ki, İlqar Məmmədov parlament seçkisindəki məğlubiyyətdən sonra sədrlikdən istefa verib.
O, dünən siyasətdən də birdəflik getdiyini bəyan edib.
MİA.AZ