İsrail ordusu Qəzzada köçkünlərin sığındığı məktəbi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Mülki Müdafiə Təşkilatı açıqlama yayıb.

Açıqlamaya görə, İsrail ordusu Qəzza şəhərinin şərqindəki Şucaiyye rayonunda köçkün fələstinlilərin sığındığı İbn əl-Heysəm məktəbinə qıırcılarla zərbə endirib: "Nəticəsində 5-i uşaq, 2-si qadın olmaqla, 8 fələstinli dinc sakin hadisə yerində həyatını itirib, 20-dək yaralı var. Onlardan çoxunun vəziyyəti ağırdır".

Tahir Şəlvəli

MİA.AZ