Türkiyədən qaçmaq istəyən daha 2 FETÖ şübhəlisi saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədirnədə Jandarma Komandanlığı məlumat yayıb.

Bildirilib ki,  Meriç rayonu yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasından Yunanıstana qaçarkən saxlanılan şübhəlilər P.K. və A.Ş. prokurorluğa təhvil verilib: "Daha sonra məhkəməyə çıxarılan hər iki şübhəli haqda həbs qətimkan tədbiri seçilib".

Firudin Səfərli

MİA.AZ