Bu gün Prezident İlham Əliyev 2 yeni sərəncam, bir fərman verib.
Mia.az həmin sərəncamları olduğu kimi təqdim edir:
****
Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının 1955-ci il iyulun 15-də qüvvəyə minmiş Nizamnaməsinin 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan milli orqan qismində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən
milli orqan barədə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Baş katibinə
müvafiq bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
*****
"Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli
539 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001,
№ 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə
372) Əlavə 1 - "Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis
heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin
Siyahısı”nın "Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı”
hissəsinə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
Azərbaycan Respublikası vergilər nazirinin vergi cinayətlərinin ibtidai
araşdırılması məsələləri üzrə müşaviri
3-cü dərəcəli
dövlət ədliyyə müşaviri
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
*****
"Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011,
№ 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404)
1-ci hissəsində "Çingiz Məmmədov - Azərbaycan Respublikası müdafiə nazirinin
müavini” sözləri "Kərim Vəliyev - Azərbaycan Respublikası müdafiə nazirinin
müavini” sözləri ilə, "İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti” sözləri "Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər
Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi
Kimya İnstitutunun direktoru” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti