Türkiyədə məşhur müğənni gözlənilməz hadisə ilə üzləşib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantepdə səhnəyə çıxan məşhur müğənni Simge Sağanın üzünə əvvəlcə gül, sonra isə telefon atılıb.
Ard-arda baş verən davranışa qəzəbli reaksiya verən müğənni deyib ki, bu cür hərəkət əxlaqlı deyil: "Çünki mən bura həqiqətən çörəkpulu qazanmağa gəlmişəm. Ayıbdır"
Müğənni daha sonra "Belə olmaz" deyərək, bir daha bu şəhərə ayaq basmayacağını bildirib.
Ləman
MİA.AZ