Müğənni Kərim toyda döyülüb.

Məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Araşdırma gedir.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.

Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırma davam etdirilir.