ATV telekanalında nümayiş olunan "10Lar” verilişinin növbəti buraxılışının anonsu nümayiş olunub.

Tabloid.az xəbər verir ki, verilişin iyunun 13-də efirə gedəcək yeni bölümündə xalq artisti Aygün Kazımovanın yeni imici, Röyanın Nadir Qafarzadə ilə bağlı açıqlaması yer alacaq.

Belə ki, Röyanın N.Qafarzadə ilə bağlı "Nadir, səni tikə-tikə olasan” açıqlaması verilişin maraqlı olacağından xəbər verib.

Bundan başqa, bu günlərdə avtomobil qəzası keçirən Rəqsanə də verilişin qonağı olub.

Verilişin anonsunu təqdim edirik.