Zülfiyyə MUSTAFAYEVA
***
Builki növbədənkənar parlament seçkilərində ilkin nəticələri açıqlanıb və görünən odu ki, ilk dəfə Azərbaycan parlamentində qadın fraksiyası yaranıb. Yəni, seçilənlərin 25 nəfəri qadındı.
Əslində, fraksiya eyni partiyanın 25 üzvünün təmsilçiyi zamanı yaranır. Amma son illərdə qadınlarının ictimai-siyasi həyatda rolunun artırılması prioritet məsələ oldugundan, qadınlara yönəlik fəaliyyətləri dəstəkləyən beynəlxalq təşkilatlar hesab edir ki, qadınların hər hansı qanunverici qurumdakı təmsilçiliyi 25 nəfərə çatırsa, artıq kifayət qədər nüfuzlu səs payı, qərar qəbul etmə məsələsində həlledici rola sahib olmaq deməkdi.
Bizim parlamentdəki qadınlar müxtəlif partiya üzvləri və müstəqil şəkildə namizədliyini verənlərdi. Amma şübhəsiz ki, qadınların mənafeyinə toxunan vacib məsələlərin səsverməsində onların hər birinin mütəşəkkil olaraq prinsipiallıq göstərə biləcəyinə ümidimiz var. Bir sıra qanunlar var ki, onların qadın yönümlü olmasını təmin etmək lazımdı.
Hazırda dünyada mövcud olan parlamentlərin tərkibinin 26,9 faizini qadınlar təşkil edir. Bunu Beynəlxalq Parlamentlərarası Əməkdaşlıq Təşkilatı (BPƏT) bu il açıqlayıb. Qurumun yaydıgı məlumata görə, qadınların parlamentdə təmsilçilik faizinə görə birinci yerdə Ruanda (61,3%) dayanır. Bundan sonrakı yerlərə Kuba, Nikaraqua, Meksika bə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahiblik edir.
Çox qəribədi ki, dünyaya insan hüquqlarını diktə edən ölkələr bu siyahıda çox aşagı yerlərdə dayanır.
Bu il mayın 23-də Forbes Women jurnalı çox maraqlı və riskli bir təkliflə çıxış edib, Bildirilib ki, qarşıdakı 5 il ərzində dünya ölkələri parlamentlərdə qadınların sayının 30 faizə çatdırılmasını təmin etsələr, bunun müqabilində həmin ölkələrdə müxtəlif sosial yönümlü fəaliyyətlərin həyata keçirilməsinə dəstək veriləcək.
Bizim parlamentdə qadınları görmək çox xoşdu.
Onların cəmiyyətə faydalı ola biləcəyinə indi ən azı ümidim var.
MİA.AZ