"Dünən Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub.

Mia.az xəbər verir ki, bu məlumatı Cəmil Həsənli sosial media hesabında yazıb.

O, bildirib ki, əslində, qadağa qoyulduğu dünən məlum olub: "Ola bilsin ki, qadağanı daha öncədən qoyublarmış. Dünən Azər bəy Praqaya getmək istəyərkən hava limanında bu məlum olub".

Azər Qasımli isə qadağanın səbəbini öyrənə bilmədiyini açıqlayıb.

Qeyd edək ki, Azər Qasımli Real Partiyasının qurucularından olsa da, o, sonradan istefa verib.

Samir

MİAA.Z