Türkiyədə müxalif Səadət Partiyasının yeni sədri seçilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən keçirilən 9-cu növbədənkənar qurultayda Kayseridən deputat Mahmut Arıkan və İstanbuldan deputat seçilmiş Birol Aydın sədrlik uğrunda yarışıb.
Mılumata görə, 823 nümayəndənin səsini toplayan Arıkan istefa verən 84 yaşlı Temel Karamollaoğlunun yerinə yeni sədr seçilib.
Yeni sədr nəticələr açıqlandıqdan sonra hökumətin xarici siyasət addımlarını tənqid edib, ölkədəki sosial -iqtisadi problemləri sadalayıb.
O, "Biz Milli Görüşdən əsla vaz keçməyəcəyik" deyərək, Səadət Partiyası hökuməti dövründə çörəyi pulsuz edəcəklərinə söz verib.
İstefa verən Temel Karamollaoğlu şəffaf və qalmaqalısz sədr seçkisindən məmnunluğunu ifadə edi. O, səhhəti ilə bağlı vəzifəsini icar edə bilmədiyini deyib: "Ruhum gəncdir, ancaq bədənimin fəaliyyətimə mane olacağından qorxudrum. Bu gün artıq partiya dinamik əlllərdədir"
Firudin Səfərli
MİA.AZ