Prezideni İlham Əliyev daha bir dəyişikliyi təsdiq edib.

Mia.az xəbər verir ki, İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa Milli Məclis tərəfindən edilmiş dəyişikliyi imzalayıb. Dəyişikliyə əsasən, Ombudsmanın maaşı bundan sonra 2025 manat olacaq. Dəyişiklik 2013-cü il dekabrın 1-dən tətbiq edilir.

Qeyd edək ki, Azərbaycanın Ombudsmanı hazırda Elmira Süleymanovadır və o, indiyədək 1800 manat maaş alırdı.