Azərbaycanın
lider mobil operatoru Azercell Telekom abunəçiləri üçün müxtəlif sərfəli
kampaniyalar həyata keçirməyi davam etdirir. Yay ayları boyunca abunəçilərinə
yeni xdimətlər və sərfəli endirim kampaniyaları təqdim edən şirkət bu dəfə
"Pulsuz Smartfon” kampaniyasına başlayır. 09 iyul -31 Dekabr 2014-cü il
tarixlərini əhatə edəcək kampaniya çərçivəsində bütün - yeni, mövcud, və
Azercell şəbəkəsinə MND (Mobil Nömrə Daşınma xidməti) çərçivəsində keçən SimSim
abunəçiləri iştirak edə bilər. Kampaniyanın şərtlərinə əsasən abunəçilər
Azercell diler və Azercell Ekspres məntəqələrinə yaxınlaşaraq öz SimSim
nömrələrinin balanslarından 99 AZN ödəməklə, 1 il boyunca ölkədaxili bütün
istiqamətlərə zəng edib, eləcə də SMS və İnternetdən istifadə edib Azercell-dən
Pulsuz Smartfon qazanmaq imkanı əldə edəcəklər. Onu da qeyd edək ki,
kampaniyaya 1 dəfə və yalnız öz adına olan nömrə ilə qoşulmaq mümkündür. Bu
zaman balansdan istifadə haqqı nömrədəki cari tarifə uyğun olaraq hesablanır.
Telekommunikasiya xidmətlərində liderliyi qoruyan
Azercell, həmçinin, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə
ən son texnologiya və həllərdən yararlanmağa şərait yaradır. Bu gün Azercell
həm texniki, həm də müştəri xidmətləri baxımından öz abunə bazasını ciddi
şəkildə artırmağa hazırdır və 4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək
keyfiyyətli rabitənin üstünlüklərindən zövq almaq istəyənləri şirkətin
abunəçisi olmağa dəvət edir.
Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli
rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş
sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməkdə davam edəcək.