Türkiyə ilə Suriya arasında münasibətərin normallaşması dalana dirənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd parlamentdəki çıxışında məlumat verib.

O bildirib ki, aylardır Rusiya, İran və İraqın barışıq səylərinə baxmayaraq, Türkiyə ilə müzakirələr arzuolunan səviyyədə getməyib: "Vasitəçilərin ciddiyyətinə və səmimi istəyinə baxmayaraq, cəhdlər heç bir ciddi nəticə vermədi. Türkiyə tərəfi münasibətlərdə dönüş yaratmaq üçün addım atmadı. Türk əsgərləri Suriyadan çəkilməlidir. Bu, suverenlik və beynəlxalq hüquq münasibətləri düzəltməyə ciddi yanaşan bütün tərəflərin prinsiplərinə uyğundur, eyni zamanda, terrorla mübarizə hər iki tərəfin ortaq marağıdır".

"Əsl səbəblərini görə bilmədiyimiz problemi necə həll edə bilərik?", deyə deputatlara sual edən Əsəd əlavə edib ki, əlaqələrin yenidən qurulması üçün əvvəlcə bu əlaqənin pozulmasına səbəb olan səbəblər aradan qaldırılmalıdır: "Bu, Türkiyə ordusunun geri çəkilməsi ilə başlayacaq. Biz heç bir haqqımızdan əl çəkməyəcəyik"

Tahir Şəlvəli

MİA.AZ