İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ötən gün sürpriz qərarla CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunu evində ziyarət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə ölkədəki vəziyyət və CHP-dəki "yumşalma siyasəti" müzakirə edilib.
Türkiyə mətbuatı yazır ki, görüşdə Kılıçdaroğlu partiyanın hazırkı sədri Özgür Özelin “normallaşma prosesi” və ya iqtidara qarşı yumşalma siyasətini tənqid edib.
İddia olunur ki, İmamoğlu ilə Kılıçdaroğlu arasında bu məsələ xeyli müzakirə olunub: "Bu məsələ ilə bağlı ikili arasında fikir birliyi olmayıb...".
Firudin Səfərli
MİA.AZ