“Zalım İstanbul”, “O Hayat Benim”, Gülümse Kaderine, "Tetikçinin Sonu" kimi bir çox məşhur seriallarda rol alan tanınmış aktrisa Bahar Şahin evinə gələn supuluna etiraz edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Aktrisa təhqiramiz formada yazıb ki, supulu keçən ayla müqayisədə 4 dəfə yazılıb: "Bu, necə ola bilər?!".

Bahar Şahin 5645 lirə (təxminən 283 manat - MİA.AZ) borcun "şişirdildiyini", yaxud da kiminsə onun mənzilinə gələn xəttə gizli qoşulduğunu bildirib. Aktrisa bu borcu ödəyə bilməyəcəyini də paylaşımında qeyd edib: "Hələ də şokdayam. Əgər kimsə mənim su xəttimə qanunsuz qoyubsa, gəlsin danışaq..."

Ləman

MİAA.Z