"İnstaqram" hesabındakı paylaşımında qaydalara əməl etmədiyi üçün 550 min lirə cərimələnən model Şeyma Subaşı sosial media hesabında yarıçılpaq şəklini yayaraq, onu cərimələyən Ticarət Nazirliyinin "bostanına daş atıb".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Acun Ilıcalıdan boşandıqdan sonra misirli iş adamı Mohammed Alsaloussi ilə ailə quran, lakin bu evliliyi də uğursuzluqla bitən model Bale adasında bir saunnadan görüntüsünü paylaşıb.
O, 550 min TL cərimələnməsinə işarə vuraraq, yarıçılpaq fotosunun üzərinə "bu reklam deyil ha" yazıb və nazirliyiə xitabən "əl çəkin bizdən" mersajını verib.
Ləman
MİA.AZ