Bu gün president İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” fərman, sərəncam verməklə bərabər, bir neşə qanunu da təsdiqləyib.
Mia.az bunları ardıcıllıqla təqdim edir:
***
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə
284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, №
7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004,
№ 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9,
maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə
1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12,
maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11,
maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, №
1, maddə 21; 2014, № 2, maddə 85) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin ikinci hissəsindən ", yaxud andlı iclasçılardan ibarət tərkibdə”
sözləri çıxarılsın.
2. 27-ci maddənin ikinci hissəsi ləğv edilsin və üçüncü hissəsi ikinci hissə
hesab edilsin.
3. 30-3-cü maddənin ikinci hissəsi ləğv edilsin və üçüncü hissəsi ikinci hissə
hesab edilsin.
4. XXI fəsil və Keçid müddəalarının 6-cı hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə
284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, №
7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004,
№ 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9,
maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə
1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12,
maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11,
maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, №
1, maddə 21; 2014, № 2, maddə 85) aşağıdakı dəyişikliklər edilsin:
1. 22-ci, 33-cü və 44-cü maddələrin birinci hissəsinin ikinci cümləsində "
2. 27-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Ağır cinayətlər məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və
daha çox hakim olan ağır cinayətlər məhkəməsində sədr müavini vəzifəsi təsis
edilir.”.
3. 90-cı maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
"Birinci instansiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər
barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq
Şurasının rəyi alınır.”.
4. 93-4-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq, bu Qanunun 93-3-cü maddəsinin
yeddinci hissəsində nəzərdə tutulan orqanlarda işləyən şəxs həmin maddədə nəzərdə
tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə,
bu Qanunun 94-cü maddəsi ilə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin
edilə bilər.”.
5. 100-cü maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq
Şurasına müraciət etməlidir.”.
6. 106-cı maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
"Hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz.”.
7. 113-cü maddə üzrə:
7.1. ikinci hissənin 9-cu bəndi aşağıdakı redaksiyada verilsin:
"9) əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi
ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;”;
7.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə
müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə hakimə müvafiq dərəcədən əlillik qrupu müəyyən
edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa
düşülür.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il
20 iyun tarixli 1010-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli
1010-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram: