Pakistanda polis  konvoyuna silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin "Geo News" televiziyası məlumat yayıb.

Məlumata görə, Pəncab əyalətinin Rəhimyar Xan bölgəsində çayın kənarından keçən polis karvanına raket və ağır silahlarla hücum edilib: "İki dəstə iki yandan 20-dən çox polis əməkdaşının olduğu maşını pusquya salıblar. Nəticədə 11 polis əməkdaşı hadisə yerində həyatını itirib, 7-si yaralanıb. Daha sonra isə yaralılardan biri xəstəxanada dünyasını dəyişib".

Xəbərdə qeyd olunub ki, hücumun uzun müddət həmin ərazidə fəaliyyət göstərən silahlı dəstələr törədib. Təhlükəsizlik qüvvələri bu dəstələrə qarşı dəfələlərlə əməliyyatlar həyata keçirsə də, kpkləriuni kəsmək mümkün olmayıb.

Samir Musayev

MİA.AZ