İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində əməliyyatları davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi yeni məlumat yayıb.
Bildirilib ki, İsrail əsgərlərinin dünən axşam saatlarından səhərədək İordan çayının qərb sahilindəki Hebron, Beytüllahim, Tubas və Nablus şəhərlərinə xeyli evə basqın təşkil edib: "Nəticədə ümumilikdə 10 nəfər saxlanılıb, yüzlərlə evdə axtarış aparılıb..."
Məlumata görə, basqın zamanı İsrail qüvvələri həbsdə olan fələstinlilərin və onların ailələrinin evlərinə ziyan vurub.
Xəbərdə o da deyilir ki, son əməliyyatla oktyabrın 7-dən aktiv savaşın olmadığı bu bölgədə tutulanların sayı 10200 nəfəri ötüb.
Tahir Şəlvəli
MİA.AZ