MİA.az
MENU
  • GÜNDƏM
  • SİYASƏT
  • CƏMİYYƏT
  • KRİMİNAL
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • PRESS
  • DÜNYA
  • YAZARLAR
  • ŞOU-BİZNES
  • Bağla
← Əvvəl

Baş nazir və ədliyyə nazirinə bağlı sərəncam – Dəyişiklik

Bu gün prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

 Mi.az xəbər verir ki, yeni sərəncam "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1014-IVQD nömrəli Qanununun tətbiqi barədədir.

 Sərəcama əsasən, İlham Əliyev "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1014-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıb:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2014-07-09 18:50 Bu yazı 619 dəfə oxunmuşdur.

DİGƏR XƏBƏRLƏR

İsrail Türkiyəyə xüsusi təşəkkür edib: 2026-04-07 17:12

YENİ İŞÇİ QRUPU YARADILIR - Prezident...

2026-04-07 16:48

Prezident bu şəxsləri təltif etdi -

2026-04-07 16:48

Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - 2026-04-07 14:48

İranın Xark adasına hücum olub 

2026-04-07 14:29

İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib...

2026-04-07 14:24

İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident:

2026-04-07 14:22

Türkiyədə zəlzələ olub

2026-04-07 14:08

2026 mia.az Mobil versiya
Rambler's Top100