İngiltərənin ən çox baxılan yarışmalarından biri olan "Aşk adası" verilişinin Türkiyədəki "dublikat"ındakı etiraslı səhnələr, seksual davranışlar böyük narazılıq yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Saba Tümerin aparıcılıq etdiyi "Aşk Adası"na qarşı artıq rəsmi şikayətlər də artıb.

Türkiyə mətbuatı yazır ki, şikayətçilər canlı yayımlanan verilişdəki əxlaqsız səhnələrin ölkəninn adət-ənənlərinə və mədəniyyətinə uyğun olmadığını əsas gətirir vəı veriliş dərhal qapadılmasını tələb etməyə başlayıblar.

Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Abubekir Şahin etiazıara cavab olaraq bildirib ki, araşdırma başlayıb: "Dəyərlərimizə uyğun gəlməyən hər hansı hala icazə verilməyəcək".

Ləman

MİA.AZ