AKP sözçüsü Ərdoğanın Kılıçdaroğlu ilə görüş istəyi barədə deyilənləri təkzib elədi: "Yalandır!"
Keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun "Prezident Ərdoğan mənimlə görüşmək istədi, "yox" dedim" sözləıri ilə Türkiyə siyasətində "bomba effekti" yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələyə bu gün AKP sözçüsü Ömər Çelik münasibət bildirib.
O, Kamal Kılıçdaroğlunun sözlərini təkzib edib: "Bu açıqlama doğru deyil. Belə bir mesaj heç vaxt göndərilməyib. Bu məsələ doğru deyil".
Lamiyə Əhmədli
MİA.AZ