Konstitusiya Məhkəməsinin "Gezi olayları" hadisəsi ilə bağlı həbs olunan, ötən il isə deputat seçilən, lakinparlament tərəfindən mandatına xitam verilmiş Can Atalayla bağlı qərarından sonra Türkiyə Böyük Millət Məclisi yenidən toplanmağa qərar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TBMM sədri Numan Kurtulmuş 16 avqustda, yerli vaxtlıa saat 14.00-da Hataydan millət vəkili seçilmiş Can Atalayla bağlı parlamentin növbədənkənar iclasını çağırıb.
Türkiyə mətbuatı yazır ki, iclasda onun deputat mandatınn özünə qaytarılması təmin olunacaq.
Xatırladaq ki, CHP, DEM Partiyası, Səadət Partiyası, Gələcək Partiyası, TİP, DEVA Partiyası, Demokrat Partiyası və İşçi Partiyası da birgə ərizə ilə TBMM-i növbədənkənar toplantıya çağırıb.
Zülfiyyə
MİA.AZ