Tovuz Gömrük İdarəsinin keçmiş rəisi, hazırda Sumqayıt Gömrük İdarəsində rəis işləyən Vəzir Həsənovun qardaşı Tahir Həsənov DİN-dən xaric olunub.
Mia.az Qafqaznews.az-a istinadən xəbər verir ki, Gəncə sakininin müraciəti əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Gəncə şəhərində keçirdiyi əməliyyat tədbirlərindən sonra nazirliyin Daxili Təhqiqatlar İdarəsi də Gəncə ŞBPİ-də yoxlama aparıb: "Nəticədə Gəncə ŞBPİ-nin rəisi polis polkovniki Faiq Şabanova şiddətli töhmət verilib, Nizami RPİ-in rəisi isə xidmətə yararsız sayılıb. Və bundan sonra Nizami RPİ-in bölmə rəisi Tahir Həsənov DİN-dən xaric olunub".
Mia.az onu da xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə Şəhər Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovnik-leytenantı Müqalib Abdiyev həmin idarinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Kamandar Həsənov bu ilin mart ayında təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib.