Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin Körfəzdəki strateji tərəfdaşı Qətər lideri ilə Ankarada görüşəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tanini Prezident Külliyesində qəbul edəcək.

Məlumata görə, liderlərin görüşünün əsas gündəmi Yaxın Şərqdə vıə Qəzzadalı vəziyyət olacaq. 

Bundan əlavə, Ərdoğan-Al Sani görüşündə Türkiyə ilə Qətər arasındakı yüksək səviyyəli əlaqələr də dəyərləndiriləcək.

Tahir Şəlvəli

MİA.AZ